Mingəçevir Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı aparılan ixtisasların tədris proqramlarında nəzərdə tutulan fənlər üzrə, eləcə də ixtisasların profilinə uyğun hazırlanan elmi və tədris-metodiki vəsaitlərə (monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, metodik göstərişlər, metodik tövsiyələr və s.) nəşr hüququ (qrif) verilməsi ilə əlaqədar

Elmi-Metodik Şuraya
müraciət edən müəlliflərdən tələb olunan sənədlər:

İxtisasın tədris planında Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş (məcburi) fənn üzrə dərslik üçün:

  1. müəllif(lər)in ərizəsi;
  2. işin əlyazması (çap olunmuş 1 nüsxəsi və elektron variantı);
  3. işin aid olduğu fənnin Elm və Təhsil Nazirliyi tərəfindən nəşr hüququ (qrif) verilmiş proqramı;
  4. işin orijinallıq səviyyəsi haqqında Strikeplagiarism.com Antiplagiat İnternet Sisteminin hesabatı;
  5. MDU-da çalışan, müvafiq elm sahəsi üzrə elmi dərəcəsi olan 2 mütəxəssisin rəyi;
  6. MDU-dankənar müəssisədə çalışan, müvafiq elm sahəsi üzrə elmi dərəcəsi olan 2 mütəxəssisin rəyi;
  7. müvafiq kafedranın iclas protokolundan çıxarış;
  8. fakültə Elmi Şurasının iclas protokolundan çıxarış;
  9. əlyazmada başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə halları (plagiat) ilə bağlı müəllifin (müəlliflərin) məsuliyyəti barəsində notarial qaydada təsdiq olunmuş sənəd (iltizam vərəqi).

İxtisasın tədris planında Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş (məcburi) fənn üzrə digər növ işlər üçün:

  1. müəllif(lər)in ərizəsi;
  2. işin əlyazması (çap olunmuş 1 nüsxəsi və elektron variantı);
  3. işin aid olduğu fənnin Elm və Təhsil Nazirliyi tərəfindən nəşr hüququ (qrif) verilmiş proqramı;
  4. işin orijinallıq səviyyəsi haqqında Strikeplagiarism.com Antiplagiat İnternet Sisteminin hesabatı;
  5. MDU-da çalışan, müvafiq elm sahəsi üzrə elmi dərəcəsi olan 2 mütəxəssisin rəyi;
  6. MDU-dankənar müəssisədə çalışan, müvafiq elm sahəsi üzrə elmi dərəcəsi olan 2 mütəxəssisin rəyi;
  7. müvafiq kafedranın iclas protokolundan çıxarış;
  8. fakültə Elmi Şurasının iclas protokolundan çıxarış.

İxtisasın tədris planında MDU tərəfindən müəyyən edilmiş (seçmə) fənn üzrə bütün növ işlər üçün:

  1. müəllif(lər)in ərizəsi;
  2. işin əlyazması (çap olunmuş 1 nüsxəsi və elektron variantı);
  3. işin aid olduğu fənnin MDU-nun və ya fakültənin Elmi Şurası tərəfindən nəşr hüququ (qrif) verilmiş proqramı;