MDU

Elmi-Metodiki Şura

Mingəçevir Dövlət Universiteti

Mingəçevir Dövlət Universitetinin Elmi-Metodiki Şurası haqqında

Mingəçevir Dövlət Universitetinin (MDU) Metodiki Şurası MDU Elmi Şurasının 30 sentyabr 2016-cı il tarixli iclasının (protokol № 1) qərarı ilə yaradılmışdır. 9 nəfər üzvdən ibarət olan Metodiki Şura 12 oktyabr 2016-cı tarixində MDU-nun rektoru tərəfindən təsdiq edilmiş Əsasnaməsi əsasında fəaliyyət göstərmişdir.

MDU Elmi Şurasının 11 noyabr 2021-ci il tarixli iclasının (protokol № 2) 12 №-li qərarı və MDU-nun rektorunun 29 noyabr 2021-ci il tarixli 281 №-li əmri ilə Metodiki Şuranın adı dəyişdirilərək, Mingəçevir Dövlət Universitetinin Elmi-Metodiki Şurası adlandırılmışdır. Eyni əmr ilə Elmi-Metodiki Şuranın 7 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilmişdir:

  1. Mustafayev Vüqar Sabir oğlu – tex.f.d., Mexanika kafedrasının dosenti, sədr;
  2. Yunusova Günel Kamil qız – fil.f.d., Humanitar fənlər kafedrasının baş müəllimi, katib;
  3. Hüseynova Emiliya Yəhya qızı – i.f.d., Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, üzv;
  4. Cəfərova Esmira Hilal qızı – s.e.f.d., Humanitar fənlər kafedrasının müdiri, üzv;
  5. Mustafayeva Aidə Mübariz qızı – tex.f.d., İnformasiya texnologiyaları kafedrasının müdiri, üzv;
  6. İsmayılov Mayıl Yolçu oğlu – fil.f.d., Xarici dillər kafedrasının dosenti, üzv;
  7. Rəsulov Mehman Bulud oğlu – r.-f.f.d., Riyaziyyat kafedrasının dosenti, üzv.

Elmi-Metodiki Şuranın Əsasnaməsi MDU Elmi Şurasının 28 fevral 2022-ci il tarixli iclasının 44 №-li qərarı ilə təsdiq edilmişdir. Əsas məqsədi MDU-da elmi-metodik işin mühüm məsələlərini nəzərdən keçirmək olan Elmi-Metodiki Şuranın vəzifəsi, əsasən, MDU-da bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı aparılan ixtisasların tədris proqramlarında nəzərdə tutulan fənlər üzrə, eləcə də ixtisasların profilinə uyğun, əməkdaşlar tərəfindən hazırlanan elmi və tədris-metodiki vəsaitlərə nəşr hüququ (qrif) verilməsi məsələlərini müzakirə edib rəy verməkdir.